"Ali və Nino"nun yarımçıq qalması xəbərlərinə MÜNASİBƏT

"Ali və Nino"nun yarımçıq qalması xəbərlərinə MÜNASİBƏT
18:05 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

“Ali və Nino” filminin çəkiliş heyəti filmin maddi problemlər üzündən dayandırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
Çəkiliş heyətinin Milli.Az-a verdiyi məlumata görə, hazırda filmin çəkilişləri Türkiyə ərazisində davam edir. Azərbaycanda baş tutan çəkilişlər isə Bakı və Bakıətrafı rayonlarda - Qobustan, Bibiheybət, İçərişəhərdə həyata keçirilib.
 
Çəkilişlər, həmçinin Azərbaycanın bölgələrində - Xınalıqda və Gədəbəydə aparılıb. Hazırda Azərbaycanda çəkilişləri yekunlaşan film Türkiyədə davam etdirilir. Filmin çəkilişi ayın sonuna yekunlaşacaq və daha sonra istehsal prosesi davam edəcək.
 
Çəkiliş heyəti filmin maddi problemlər səbəbindən dayandırılması ilə bağlı yayılan xəbərlərin şayiə olduğunu və həqiqəti əks etdirmədiyini vurğulayıb.
 
Qeyd edək ki, dünən Türkiyə mətbuatı filmin sponsorlarının geri çəkilməsi və bu səbəbdən çəkilişlərin yarımçıq qalması ilə bağlı xəbər yaymışdı.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/336460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR