FHN-i aldatdılar: "28 may" metrosunu kim "yandırdı"?

FHN-i aldatdılar: "28 may" metrosunu kim "yandırdı"?
18:05 24 Aprel 2015
117 Sosial
Ölkə mətbuatı
A- A+

Bir neçə saat öncə metronun “28 may” stansiyasında yanğın başlamasına dair xəbər yayılıb
Virtualaz.org saytının hadisə yerində olan müxbiri xəbər verir ki, bu məlumat yayılan kimi FHN-in yanğınsöndürmə briqadasının maşınları təcili olaraq hadisə yerinə cəlb olunub.

Amma maraqlıdır ki, metropolitendən onlara burada hər hansı yanğın hadisəsinin olmadığı bildirilib. Buna baxmayaraq FHN əməkdaşları hər ehtimala qarşı metroda təhlükəsizlik məqsədilə yoxlamalar aparıblar. Təhlükəli və şübhəli heç nə aşkarlanmayıb.

Bu xəbərin hansı şəraitdə, kim(lər) tərəfindən yayılmasına da qismən aydınlıq gətirilib. Belə ki, metroda hazırda film çəkilişi gedir. FHN əməkdaşlarından birinin müxbirimizə dediyinə görə, burada yanğın olması barədə 101 xidmətinə telefonla xəbər verilib. Onlar da həmin məlumat əsasında hadisə yerinə gəliblər. Amma burada hər hansı yanğın hadisəsinin olmadığını görüblər.

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev virtualaz.org saytına açıqlamasında bildirdi ki, metronun "28 may" stansiyasında heç bir yanğın hadisəsi baş verməyib: "Sadəcə, metronun "Cəfər Cabbarlı" stansiyasının keçidində çəkiliş aparılıb. Vətəndaşlardan da kimsə həyəcanlanaraq metropoliten işçilərinə məlumat vermədən 101 xidmətinə zəng vuraraq burada yanğın olması barədə yalan məlumat verib. Bundan sonra isə FHN əməkdaşları hadisə yerinə gəlib".

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR