Şarapovaya yaraşmadı

"Porşe Tennis Qran Pri"də sürprizlər davam edir. 

Metbuat.az-ın xəbərinə görə, bu səfər turnirin bir nömrəli favoriti Mariya Şarapova ilk oyundaca mübarizəni dayandırıb.

Rus raketka ustası Anjelika Kerberlə qarşılaşıb. İlk setdə rəqibinin 1 breykinə 2 servis qırmaqla cavab verən Maşa önə keçib. Ancaq sən demə, bu, Şarapovanın "Porşe Tennis Qran Pri"də qazandığı ilk və son set imiş. 2 və 3-cü setlərdə oyununu diqtə edən Kerber sürprizə imza ataraq dünya iki nömrəsini turnirdən kənarlaşdırıb.

Şarapova - Kerber - 1:2 (6:2, 5:7, 1:6)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR