​TQDK sədri Qəbələdə vətəndaşları qəbul edib

18:07 24 Aprel 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Görüş zamanı vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul, əvvəlki illərin məzunu olan və hərbi xidmətə çağırış yaşı tamam olmuş oğlan abituriyentlərin sənəd qəbulu prosesində iştirakı, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarına dair izahedici materialların dərc olunmasına dair TQDK-nın sədrinə suallar veriblər. 
Vətəndaşlar həmçinin TQDK-nın Qəbələ şəhərində regional bölməsinin yaradılmasını və ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər üçün belə komissiyaların sayının artırılmasını təklif ediblər.
Bütün müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Vətəndaşlara bildirilib ki, komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/tqdk-sedri-qebelede-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR