Saakaşvili qayıdır?

Saakaşvili qayıdır?
11:41 13 Yanvar 2015
171 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın keçmiş pezidenti Mixail Saakaşvili vətəninə geri qayıtmaq istəyir. ANS PRESS-in məlumatına görə, o bu barədə "Rustavi 2" telekanalına açıqlamasında deyib.

Lakin hazırda ABŞ-da olan eks prezident qayıdışını nə zamana planlaşdırdığını açıqlamayıb.

"Geosiyasi vəziyyət dəyişir. Bizim dostlarımızın mövqeləri isə güclənir. Bütün bunlar mənim Gürcüstana qayıdışıma şərait yaradacaq".

Xatırladaq ki, ötən ilin yay aylarında keçmiş prezident Saakaşviliyə qarşı bir necə ittiham irəli sürülüb. O, 4,7 milyon dollara yaxın dövlət vəsaitini israf etməkdə, 2007-ci il 7 noyabr mitinqində iştirak edənlərə divan tutmaqda, "İmedi" telekanalının binasına basqında, biznesmen Badri Patarkatsişvilinin əmlakını mənimsəməkdə və s.də ittiham edilir.

O, istitaqla əməkdaşlıqdan imtina edib və ifadə vermək üçün gəlməyib.
Tiflis məhkəməsi 2 avqust tarixində Mixail Saakaşvili barəsində qiyabi həbs hökmü çıxarıb.

Eks prezident 2013-cü ilin noyabr ayında Gürcüstanı tərk edib və o vaxtdan bir daha vətənə qayıtmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR