Çanaqqala zəfəri: Bir millətin haqq savaşı

Çanaqqala zəfəri: Bir millətin haqq savaşı
18:13 24 Aprel 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş “Bir millətin haqq savaşı” adlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, filialın direktoru Rasim Şükürov Çanaqqala döyüşünün türk xalqının tarixində özünütəsdiq savaşı olduğunu bildirib. Qeyd edilib ki, bu döyüşün tarixi dəyəri türk xalqının qırılmaz iradəsinin bütün dünyaya bir daha sübut olunması ilə ölçülür. Türkiyənin şanlı zəfər tarixinə çevrilən bu gündə Osmanlı dövləti dünyaya türk əsgərinin rəşadətini nümayiş etdirdi. Qələbə türk ordusunun 250 min əsgərinin şəhid olması hesabına əldə olunub. Çanaqqala zəfərində azərbaycanlıların da payı var. Həmin döyüşdə 3 mindən artıq azərbaycanlı şəhid olub.
Sonra “İctimai və təbiət fənləri” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Nizami Zeynalov “Çanaqqalaya aparan yol”, kredit sistemi kabinetinin metodisti, AMEA-nın Tarix İnstitutunun dissertantı Vüsalə Mövlayeva “Çanaqqala savaşında azərbaycanlıların iştirakı” mövzusunda məruzələr ediblər.
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Gülnaz Abdullayevanın söylədiyi şeir və II kurs tələbəsi Aytən Həziyevanın oxuduğu mahnı tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Tədbirdə Çanaqqala zəfərini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHanaqqala_zeferi_Bir_milletin_haqq_savasi-849514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR