Bakıda kişi və qadın evdə asılmış vəziyyətdə tapılıb

18:17 24 Aprel 2015
129 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 18:11 ]

Bakı. Hafiz Heydərov, Fuad Cəfərov - APA. Bakıda evdə iki meyit aşkarlanıb.

APA-nın məlumatına görə, hadisə Pirşağı qəsəbəsi, 2-ci Sovxozda, ünvansız tikilidə qeydə alınıb. Həmin ünvanda iki nəfər asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Hazırda hadisə yeri müayinə edilməklə araşdırmalar davam etdirilir.

 

Sabunçu Rayon Prokurorluğundan APA-ya bildirilib ki, meyitləri tapılmış şəxslərin adları artır müəyyənləşib.

 

Araşdırmalar zamanı məlum olub ki, onlar – Masallı rayon sakini, 1975-ci il təvəllüdlü Rəna Vaqif qızı Əsgərova və Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Razim Rahid oğlu Telmanzadədir.

 

Adıçəkilən şəxslərin intihar edib-etmədiyi araşdırılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381110

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR