Dollar və avroda rekord

Dollar və avroda rekord
17:27 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Avronun məzənnəsi sürətlə bahalaşaraq 3 lirəyə yaxınlaşıb
Türkiyədə dollar və avro yenidən bahalaşıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, avro və dollar Türkiyə milli valyutası - lirə qarşısında tarixi ucuzlaşma ilə yeni bir rekorda imza atıb. Avro 2,97 lirəni ötərək 2014-cü ilin dekabr ayından bu yana ən yüksək səviyyəyə çıxıb.

ABŞ dolları isə bu səhər birjalarda günə 2,70 lirəni ötüb. Daha sonra yüksəlişə keçən məzənnə 2.73-ü ötərək rekord qırıb.

Xatırladaq ki, iki gün öncə Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Heyəti gözlənilən iclasını keçirib. Dolların ötən həftə ard-arda qırdığı rekordlardan sonra Mərkəz Bank faiz qərarını açıqlayıb.

Türkiyənin baş bankı iclasda lirənin əsas faiz dərəcəsini dəyişdirməyib. Faiz dərəcələri maksimum 10.75%, minumum isə 7.25% olaraq müəyyən olunub. Bu qərardan sonra dollar və avronun məzənnəsi sürətlə bahalaşmağa başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/336453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR