Nazir: "İstifadə olunmayan torpaqlara görə yüksək cərimələr tətbiq oluna bilər"

18:32 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 18:27 ]

Tərtər. Teymur Zahidoğlu - APA. Azərbaycanda istifadə olunmayan əkin sahələrinə görə cərimələrin tətbiqi və müəyyən hallarda bu cərimələrin dəfələrlə artırılması nəzərdə tutulur.

APA-Economics”in xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

 

Onun sözlərinə görə, torpaq sahibləri ixtiyarında olan torpaqları dincə qoyduğu müddətdən başqa istifadəsiz saxlayacaqsa cərimələr ödəməli olacaq: "Dünya praktikasında istifadəsiz torpaqlara görə yüksək cərimələr, vergilərin hətta 10 dəfəyədək artırılması kimi hallar mövcuddur. Bəzi dövlətlərdə isə istifadə olunmayan torpaqların geri alınması tətbiq olunur. Bizdə isə bütün bunları ümumiləşdirib müəyyən mənada fərqli təklif formasında hökumətə təqdim etmişik. Hazırda hüquqşünaslarımız, eləcə də, digər nazirlik və dövlət qurumlarının mütəxəssisləri bu istiqamətdə birgə işləyirlər".

 

Bəzi fermerlərin kredit almaqla bağlı üzləşdikləri çətinliklərə dair sualı cavablandıran H. Əsədov bildirib ki, kredit dövlət yardımı hesab oluna bilməz. Kredit vermək bankların öz işidir: "İndi az qala ünvanlı sosial yardım alacaq vəziyyətdə olan fermerlər də kredit almaq istəyirlər. Amma banklar ayırdıqları kreditin geri qaytarılması üçün minimal təminatlar istəyirlər".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR