“Təmiz Şəhər”in əməkdaşları talassemiyadan və hemofiliyadan əziyyət çəkənlərə qan veriblər

“Təmiz Şəhər”in əməkdaşları talassemiyadan və hemofiliyadan əziyyət çəkənlərə qan veriblər
17:33 24 Aprel 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramına dəstək məqsədilə “Təmiz Şəhər” ASC-nin əməkdaşları aprelin 24-də qanvermə aksiyası keçiriblər.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda keçirilən aksiyada Qan Donorları Assosiasiyasının və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələri də iştirak ediblər.
8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar “Təmiz Şəhər” ASC-nin rəhbərliyi və səhmdar cəmiyyətin kollektivi qan verərək talassemiyadan və hemofiliyadan əziyyət çəkən şəxslərə dəstək olublar. Aksiyada ASC-nin 200-ə yaxın əməkdaşı iştirak edib. Toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib.
Bu il “Talassemiyasız həyat naminə” proqramının 10 ili tamam olur. “Təmiz Şəhər” hər il belə aksiya keçirərək proqrama qoşulur və qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Temiz_Seherin_emekdaslari_talassemiyadan_ve_hemofiliyadan_eziyyet_chekenlere_qan_veribler-849528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR