"Qarabağ"ın Avropa Liqasındakı son iki ev oyununun biletləri

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində son iki ev oyununun biletləri artıq satışdadır.

Metbuat.az-ın məlumatına görə, oktyabrın 25-də Ukraynanın “Vorskla” (Poltava) klubu ilə matçın biletlərinin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VIP) AZN arasında dəyişir.

Noyabrın 29-da Portuqaliyanın “Sportinq” klubu ilə matçın biletləri isə 2, 5, 10, 15 və 50 (VIP) AZN təşkil edir.

Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və ya onlayn olaraq iticket.az saytından əltmək olar.

Satış məntəqələri:

“Qarabağ” FK (Fan-Şop)
Gənclik Mall
28 Mall
ASAN xidmət (1, 2, 3, 4 saylı və Sumqayıt)
"İticket" satış məntəqələri

79 dövlət əmlakı özəlləşdirilir - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR