“Kapital Bank” müştərilərinə onlayn ödəmə imkanı yaradıb

18:37 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 18:32 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gündən etibarən “Kapital Bank” müştəriləri banka olan nağd pul və istehlak kreditləri, “Kapitalkart” taksit kartı və təcili kredit xətti üzrə kredit borclarını Hesab.az vasitəsilə onlayn ödəyə bilərlər.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bununla yanaşı, kreditləri “Kapital Bank” filiallarındakı ödəmə terminalları vasitəsilə də ödəmək mümkündür.

 

Bankın hesab.az portal ilə əməkdaşlığa başlaması münasibətilə mayın 22-nə qədər kredit borcunu Hesab.az-la ödəyən müştərilərə 1 yox, 3 qat bonus veriləcək. Bunun

üçün hesab.az portalında qeydiyyatdan keçərək, bank və lizinq bölməsindən “Kapital

Bank”ı seçmək və müştəri (CIF) kodu daxil etməklə ödəniş etmək kifayətdir.

 

Qeyd edək ki, məbləğindən asılı olmayaraq borcların ödənişinə görə 1 manat komissiya haqqı tutulur. Bundan başqa, saat 17:00-dan sonra edilmiş ödənişlər növbəti iş günü edilmiş ödəniş kimi qəbul edilir.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 6 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli müştəri xidmətinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR