“Bakcell” növbəti “Smart Start” təcrübə proqramını elan edib

18:37 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 18:30 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti karyerasına başlamaq istəyən 18-25 yaş arası gənclərə, tələbə və məzunlara “Smart Start” təcrübə proqramına qoşulmağı təklif edir.

 

“Bakcell”dən “APA-Economics”ə verilən məlumata görə, akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdıran “Smart Start” təcrübə proqramı sayəsində təcrübəçilər Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək, biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək və “Bakcell”də peşəkar mühitlərlə tanış olmaq imkanı əldə edəcəklər.

 

Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün “Bakcell” təcrübəçilərə müvafiq məbləğdə təqaüd verəcək. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləndiriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.

 

http://www.bakcell.com/az/student-opportunities səhifəsində “Smart Start” haqqında daha ətraflı məlumat almaq və müraciət göndərmək olar.

 

Qeyd edək ki, ötən il “Smart Start” təcrübə proqramına  1500 nəfərdən çox namizəd müraciət edib. Təcrübə proqramını müvəffəqiyyətlə bitirən və yüksək nəticələr nümayiş etdirən gənclərin bir neçəsi  Bakcell  tərəfindən daimi iş yeri ilə təmin olunub.

 

Azərbaycanda ən böyük işəgötürənlərdən biri olan “Bakcell” şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır. Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR