​SOCAR-ın əməkdaşı gənc alimlərin beynəlxalq konfransında iştirak edib

​SOCAR-ın əməkdaşı gənc alimlərin beynəlxalq konfransında iştirak edib
18:42 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ SOCAR-ın Neft və qaz yataqlarının işlənməsi şöbəsinin böyük geoloqu, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun doktorantı Elvin Əhmədov İ.M.Qubkin adına Rusiya Dövlət Neft-qaz Universitetində keçirilmiş gənc alimlərin 69-cu “Neft və qaz konfransında müxtəlif dövlətlərdən olan gənc alim və mütəxəssislər elmi-təcrübi müzakirələr aparıb. 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, gənc alim konfransda sənayenin yenilikləri ilə tanış olub.
Məruzələrdən sonra konfrans iştirakçıları universitetin qabaqcıl texnologiyaları, qazma kafedrasında yaradılmış laboratoriyalar, tədris planı, yataqların işlənməsi üzrə operativ idarə etmə sistemi, təhsil sistemi və s. ilə tanış olublar.



Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-in-emekdasi-genc-alimlerin-beynelxalq-konfransinda-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR