Mərkəzi Bankdan risk tədbiri (FOTO)

Mərkəzi Bankdan risk tədbiri (FOTO)
17:46 24 Aprel 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankı (AMB) və KPMG şirkətinin birgə təşkilatçılığı ilə 23-24 aprel 2015-ci il tarixlərində Risklərin idarə edilməsi və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) mövzusunda seminar keçirilib.

AMB-dən ANS PRESS-ə verilən məlumata görə, seminarın keçirilməsində məqsəd qeyd edilən sahələrdə bank əməkdaşlarını risklərin idarəedilməsi və MHBS sahəsində ən son yeniliklərlə tanış etmək, onların bilik potensialını artırmaqdan ibarətdir.

Seminarda bazar risklərin idarə edilməsi, stress-testlərin aparılması üzrə qabaqcıl təcrübə, banklarda maliyyə sağlamlaşdırılması planının hazırlanması məsələləri, həmçinin, MHBS 9-un tətbiqi, əhəmiyyətli problemləri və strateji nəticələri ilə bağlı məsələlər əhatə edilib.

KPMG şirkətinin Almaniya və Rusiya nümayəndə ofislərinin ekspertləri tərəfindən keçirilən seminarda risklərin idarə edilməsi və MHBS sahəsində mövcud vəziyyət, həmçinin bu sahədə mütərəqqi beynəlxalq təcrübə barədə ətraflı məlumat verilmiş, mövzu üzrə suallar cavablandırılıb.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=340239

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR