"Atamın öləcəyini hiss etmişdim"

"Atamın öləcəyini hiss etmişdim"
18:51 24 Aprel 2015
66 Şou
Ölkə mətbuatı
A- A+

Keçmiş futbolçu Ahmet Dursun "İkinci səhifə" proqramına qonaq olub.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Survivor All Star"da yarışarkən atasının öləcəyini hiss etdiyini söyləyən Ahmet bunları deyib:

"Atam il yarımdır ağciyər xərçəngidir. Keçən ilki "Survivor"da pis xəbər gələr deyə, fikrim Türkiyədəydi. Qayıtdıqdan sonra Almaniyada həkim yanına getdik. O, atama " üç aylıq ömrün var, görə biləcəyin hər kəsi gör" dedi. Sonra başqa bir həkim atamı müalicə eləməyə başladı. Həmin anda "All Star"a getməli oldum. Adada bir yandan mədə problemim, bir yandan da atamın xəstəliyi mənə təsir edirdi. Daha pis xəstələnincə adadakı həkim qərarı mənə buraxdı. Atamın öləcəyini hiss etdiyim üçün çıxmaq istədim. Qayıtdıqdan qısa müddət sonra atam rəhmətə getdi".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR