Azərbaycanda mina/PHS hadisələri nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb

Azərbaycanda mina/PHS hadisələri nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb
11:48 13 Yanvar 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/

Aparılan təhqiqatlar, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2014-cü il ərzində 15 hadisə nəticəsində 25 nəfərin minalardan və partlamamış hərbi sursatlardan (PHS) zərər çəkdiyi qeydə alınıb. Bu barədə Trend-ə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Onun sözlərinə görə, baş vermiş hadisələr nəticəsində dörd hərbçi və bir mülki şəxs həlak olub, 8 mülki şəxs və 12 hərbçi yaralanıb.

Minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Qazax, Ağdam, Tovuz, Naxçıvan MR, Füzuli, Tərtər, Göyçay, Abşeron rayonlarının və Sumqayıt şəhərinin ərazisində baş verib.

H.Səfixanov qeyd edib ki, qeydə alınmayan hadisələrin olması faktı da istisna edilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2352515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR