Prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçiriləcək test imtahanının tarix açıqlanıb

17:57 24 Aprel 2015
91 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 18:53 ]


Bakı. Fuad Cəfərov – APA. Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu aprelin 24-də başa çatıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş 380 namizəd üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanı 8 may 2015-ci il tarixdə saat 10.00-da başlayaraq 3 saat ərzində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda keçiriləcək. (Bakı şəhəri, A.Sultanova küçəsi, 5).

 

Müsabiqədə iştirak edən namizədlər 5-6 may 2015-ci il tarixlərdə saat 10.00-dan 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə test imtahanına buraxılış vərəqəsini və imtahanın keçirilməsi qaydalarını əks etdirən “Yaddaş kitabçası”nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

Müsabiqədə iştirak edən namizədlərin diqqətinə çatdırılır ki, test suallarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə olunub:

     – Azərbaycan Respublikasının Konstitusiyası;

     – “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

        – “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

     – “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;

     – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

     – Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

     – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

     – Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

     – Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

     – Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

     – “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;

   – “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;

     – “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

     – “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

     – “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

 

Müsabiqə ilə əlaqədar prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə məlumat əldə etmək olar.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381119

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR