Prokurorluq orqanlarına işə qəbulla bağlı test imtahanının vaxtı açıqlanıb

Prokurorluq orqanlarına işə qəbulla bağlı test imtahanının vaxtı açıqlanıb
18:57 24 Aprel 2015
255 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu aprelin 24-də başa çatıb. 
Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, işə qəbulla bağlı sənədlərini təqdim etmiş 380 namizəd üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanı mayın 8-də saat 10.00-da başlamaqla 3 saat ərzində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda keçiriləcək (Bakı şəhəri, A.Sultanova küçəsi, 5).
Müsabiqədə iştirak edən namizədlər 5-6 may tarixlərində saat 10.00-dan 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə test imtahanına buraxılış vərəqəsini və imtahanın keçirilməsi qaydalarını əks etdirən “Yaddaş kitabçası”nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.
Müsabiqədə iştirak edən namizədlərin diqqətinə çatdırılır ki, test suallarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə olunub:
– Azərbaycan Respublikasının Konstitusiyası;
– “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
– “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
– “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;
– Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
– Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
– Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
– Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
– Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
– “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;
– “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;
– “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;
– “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;
– “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
Müsabiqə ilə əlaqədar prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə məlumat əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/prokurorluq-orqanlarina-ise-qebulla-bagli-test-imtahaninin-vaxti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR