Kişini bacılarının yanında döyüb 50 min manatını aparanlar tutuldu

Kişini bacılarının yanında döyüb 50 min manatını aparanlar tutuldu
11:49 13 Yanvar 2015
224 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl rayonunun Üçbulaq kəndində yaşayış evindən külli miqdarda pul və qızıl zinət əşyaları oğurlayan şəxslərin kimliyi məlum olub.

 

Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Göygöl və Şabran Rayon Polis Şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq edənlər, Üçbulaq kənd sakini, 1990-cı il təvəllüdlü Elmidar Mirişov, Neftçala rayon sakini, 1988-ci il təvəllüdlü Qorxmaz Manafov, Şabran rayon sakinləri, 1984-cü il təvəllüdlü Qərib Dostəliyev və 1990-ci il təvəllüdlü Əfqan Dostəliyev tutulublar.

 

Qeyd edək ki, saxlanılan şəxslər yanvarın 4-də Göygöl rayonun Üçbulaq kəndində 43 yaşlı Alışanov İsaya məxsus evə daxil olaraq ev sahibini, onun anası Əsli Alışanovanı və bacıları Matat, Könül və Gülnisəni döyərək onlara bədən xəsarətləri yetirdikdən sonra evdən 50 min manat və 3 min manat dəyərində qızıl zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR