Aparıcı Elgiz toyundan danışdı: "İstərdim 5 oğlum olsun"

Aparıcı Elgiz toyundan danışdı: "İstərdim 5 oğlum olsun"
19:05 24 Aprel 2015
605 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, aile.lent.az-ın müsahibi tanınmış aparıcı Elgiz Əkbərdir.

Mayın 9-da özünə toy çaldıracaq aparıcı ilə elə bu haqda danışdıq.

- Elgiz bəy, vəziyyətiniz necədir?

- Özümü yaxşı hiss etmirdim. Anidən başım gicəllənməyə başladı. Sağ olsun dostlar, təcili yardım çağırdılar. İndi şükür Allaha yaxşıyam.

- Bildiyimizə görə, evlənirsiniz, doğrudur?

- Bəli, inşallah bu yaxınlarda toyum olacaq.

- Evlənəcəyiniz şəxs də tanınmış insandır?

- O haqda, hələ ki, danışmaq istəmirəm.

- Hər bir insanın arzusudur ki, övlad sahibi olsun. Bəs sizin belə bir arzunuz varmı?

- Əlbəttə, ən böyük arzularımdan biri övlad sahibi olmağımdır. İstərdim ki, 5 oğlum olsun. Çünki uşaqları çox sevirəm. Allah hər bir insana qismət etsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/336472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR