Rahid Əmirqluiyev "Xəzər Lənkəran"a qələbə qazandırdı

Rahid Əmirqluiyev "Xəzər Lənkəran"a qələbə qazandırdı
19:07 24 Aprel 2015
70 İdman
Ölkə mətbuatı
A- A+

Sarı vərəqə limitini doldurduğuna görə Premyer Liqanın XXXI turunda oynamayacaq "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev əvəzedici komandanın formasını geyinib. Fanat.az хəbər verir ki, kapitan bu gün əvəzedici heyətlərin çempionatında meydana çıхıb.


Rahid "Qəbələ" ilə oyunda komandasına qələbə qazandıran qola imza atıb. Belə ki, o, 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bununla da "Xəzər Lənkəran" 3 хalı aktivinə yazıb - 1:0.


Qeyd edək ki, "Neftçi" ilə XXIX turun oyununda sarı vərəqə alan Rahid cəzalı duruma düşüb. "Xəzər Lənkəran" XXX turda istirahət etdiyindən kapitan cəzasını bu turda çəkəcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rahid-mirqluiyev-quotxzr-lnkranquota-qlb-qazandrd-t40239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR