Görkəmli ziyalılar haqqında kitab dərc olunub

Görkəmli ziyalılar haqqında kitab dərc olunub
18:08 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəşriyyatında Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ADPU-nun Azərbaycan tarixi kafedrasının dissertantı Hacı Tofiq Seyidzadənin “Azərbaycanın şair və yazıçılarının fəaliyyətləri barədə (2007-2014)” kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabın rəyçiləri- əməkdar elm xadimi, professor Nizami Xudiyev, filologiya elmləri doktoru Vaqif Yusifli, redaktoru əməkdar incəsənət xadimi Ağalar İdrisoğludur.
Kitabda Nizami Gəncəvi və Məhsəti Gəncəvi, İstiqlal şairi Almaz İldırım, maarifçi-jurnalist Əli bəy Hüseynzadə, böyük satirik şair M.Ə.Sabir, görkəmli şair-dramaturq Hüseyn Cavid, Abdulla Şaiq, tarixi romanlar müəllifi M.S.Ordubadi, xalq şairləri-Rəsul Rza, Nigar Rəfibəyli, Hüseyn Arif, Nəbi Xəzri, Məmməd Araz, Vaqif Səmədoğlu, Fikrət Qoca, Zəlimxan Yaqub, xalq yazıçıları- İsa Muğanna, Anar, Çingiz Adullayev, dünya şöhrətli həkim-cərrah, türkoloq Cavad Heyət, akademiklər- Abbas Zamanov, İsa Həbibbəyli, müasir yazıçılar-Adil Cəmil, Zərəngiz Dəmirçi Qayalı, Kəmaləddin Qədim, Firudin Süleymanoğlu və başqalarının əsərləri və onların haqqında məlumat xarakterli məqalələr dərc olunub.
Kitabda ayrı-ayrı məlumatlar və bədii yazılarla bərabər, dövrü mətbuatda dərc olunmuş xəbərlər də yer alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gorkemli_ziyalilar_haqqinda_kitab_derc_olunub-849550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR