TQDK sədri qəbul keçirib (FOTO)

TQDK sədri qəbul keçirib (FOTO)
18:11 24 Aprel 2015
84 Sosial
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə aprelin 24-də mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qəbələ şəhərində vətəndaşlarla görüşüb.

ANS PRESS-in komissiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qəbələ şəhər Mədəniyyət mərkəzində keçirilən qəbulda Qəbələ, İsmayıllı, Şamaxı və Şəki rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Görüş zamanı vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul, əvvəlki illərin məzunu olan və hərbi xidmətə çağırış yaşı tamam olmuş oğlan abituriyentlərin sənəd qəbulu prosesində iştirakı, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarına dair izahedici materialların dərc olunmasına dair TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. Vətəndaşlar həmçinin TQDK-nın Qəbələ şəhərində regional bölməsinin yaradılmasını və ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər üçün SQK-ların sayının artırılmasını təklif ediblər.

Bütün müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=340269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR