Bakı, 24 aprel, AZƏRTAC
Gənc Vətənpərvərlər Birliyi Binəqədi rayon 283 nömrəli tam orta məktəb ilə birgə “Heydər Əliyev ideyaları XXI əsrdə” və “Dövlətçiliyimizə dəstək və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər Ulu Öndərin fenomenal şəxsiyyətinin parlaq azərbaycançılıq nümunəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Ulu Öndərin təməlini qoyduğu gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun aşılanması, milli əxlaqi dəyərlərin təbliğindən ibarətdir.
Çıxışlardan sonra məktəbin XI sinif şagirdi Tahirə Məmmədli “Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi” istiqamətində apardığı maarifləndirmə işlərinə görə fəxri fərman və döş nişanı ilə təltif edilib, Ulu Öndərə həsr edilmiş şeirlər səsləndirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində həyata keçirilib.