Maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan QHT-lərin ərizəsinə baxıldı

Maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan QHT-lərin ərizəsinə baxıldı
19:18 24 Aprel 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2015-ci il birinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 10 QHT-nin ərizəsinə baxılıb.

Komissiya üzvləri – Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Şura üzvü Vüqar Qədirov və Katibliyin baş məsləhətçisi Fərid Rüstəmov müvafiq ekspert rəylərini müraciət etmiş QHT-lərin rəhbərlərinin diqqətinə çatdırıb.

Apelyasiya komissiyasına müraciət etmiş təşkilatlar aşağıdakılardır:

1. İnternyus Azərbaycan İctimai Birliyi
2. Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi
3. Milli Mədəniyyətin Təbliği İctimai Birliyi
4. Ahıl Ziyalılara Qayğı İctimai Birliyi
5. Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İctimai Birliyi
6. Məcburi Köçkün Qadınlar İctimai Birliyi
7. “Dünya” Ana və Uşaqlar İctimai Birliyi
8. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi
9. Azərbaycan Risk Peşəkarları Assosiasiyası
10. Azərbaycanın Yaradıcı Ziyalıları İctimai Birliyi

Qarşılıqlı anlaşma və diskussiya şəraitində keçən müzakirələrdə komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilərək onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin diqqətinə çatdırılıb. Layihələrin maliyyələşdirilməsindən imtinanın əsas səbəbi kimi müsabiqə qayda və şərtləri ilə uyğunsuzluqlar və bəzi təşkilatların hüquqi sənədlərindəki nöqsanlar olub.

Geniş müzakirələrdən sonra Apelyasiya Komissiyası müraciət edən QHT-lərin təqdim etdikləri layihələrin maliyyələşdirilməməsi haqqında Şuranın qərarını qüvvədə saxlayıb və hər bir şikayət üzrə ayrılıqda qərar qəbul edib.

Komissiya üzvləri layihələr üzrə yerinə yetirilməli olan fəaliyyətlərin ictimai baxımdan aktual və konkretliyinin vacibliyini QHT nümayəndələrinin diqqətinə çatdırıblar. İclasda Şura tərəfindən layihələrin qiymətləndirilməsində şəffaflığın təmin olunması üçün mütamadi iş aparıldığı da vurğulanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR