Akademik Zərifə Əliyevanın xatirəsi Qax rayonunda silsilə tədbirlərlə anılıb

Akademik Zərifə Əliyevanın xatirəsi Qax rayonunda silsilə tədbirlərlə anılıb
19:18 24 Aprel 2015
134 Ölkə
Ölkə mətbuatı
A- A+


Qax, 24 aprel, AZƏRTAC
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü Qax rayonunun müəssisə və təşkilatlarında da silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, görkəmli alimin doğum günü münasibətilə aprelin 24-də rayondakı Heydər Əliyev Mərkəzində, rayon mərkəzi xəstəxanasında və şəhər 4 nömrəli tam orta məktəbində anım tədbirləri keçirilib.
Səhiyyə, təhsil, mədəniyyət işçilərinin, ziyalıların qatıldıqları tədbirlərdə akademik Zərifə Əliyevanın mənalı həyat yolu, zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər barədə danışılıb. Bildirilib ki, geniş dünyagörüşü, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanan bu fədakar alimin ömür yolu hər bir azərbaycanlı, elm adamı, tibb işçisi üçün həyat və mənəviyyat, kamillik və müdriklik məktəbidir.
Akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan silsilə tədbirlər çərçivəsində aprelin 24-də Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının inzibati binasında da anım tədbiri keçirilib.
Qurumun Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər görkəmli oftalmoloq-alimin mənalı və zəngin ömür yolundan bəhs ediblər. Vurğulanıb ki, Zərifə Əliyeva istedadlı alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub. Zərifə xanım yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın qəlbində həmişə yaşayır, xatirəsi daim böyük ehtiramla anılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akademik_Zerife_Aliyevanin_xatiresi_Qax_rayonunda_silsile_tedbirlerle_anilib-849563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR