"Şəhriyara qarşı, sadəcə, bəxtim gətirdi"

"Şəhriyara qarşı, sadəcə, bəxtim gətirdi"
19:22 24 Aprel 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində VII turun bir görüşü başa çatıb.

Trend-in məlumatına görə, Synergy Group-un təşkil etdiyi yarışın hesabat turunda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun duelində heç-heçə qeydə alınıb.

Partiyadan sonra R.Məmmədov bəxtinin gətirdiyini deyib: "Şəhriyar güclü rəqibdir. Turnirin digər şahmatçıları kimi ona qarşı da oynamaq çətindir. Klassik şahmatda sonuncu dəfə 10 il əvvəl rəqib olmuşuq. O zaman Dubay turnirində qara fiqurlarla onunla heç-heçə oynamışdım. Etiraf edim ki, Şəhriyarı çox yaxşı tanıyıram. Məmmədyarov iki dəfə iddiaçılar turnirində iştirak edib. Hər ikisində onun komandasında yer almışam.

Bu dəfə etiraf edim ki, bəxtim gətirdi. Şəhriyar çox yaxşı başladı. Debütdən sonra vəziyyətim pisləşdi. Şəhriyar Azərbaycan yığmasının lideridir. Sözsüz, yaxın dostumdur. Bununla belə, böyük çətinliklə vəziyyətdən çıxdım. Heç-heçə yaxşı nəticədir. Çünki qaralarla oynayırdım.

Turnirin son günü doğum günüm olacaq. Həmin gün isə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacağam. Görək, necə olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR