Kapital Bank tutulan əməkdaşları ilə bağlı məlumat yaydı

Kapital Bank tutulan əməkdaşları ilə bağlı məlumat yaydı
19:23 24 Aprel 2015
117 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Dünən bəzi kütləvi informasiya vasitələrində Kapital Bankın region filiallarında çalışan bir neçə əməkdaşla bağlı prokurorluq orqanları tərəfindən cinayət işinin açılması barədə yayılan xəbərə bankın mətbuat xidməti tərəfindən aydınlıq gətirilib.

Bankdan Trend-ə daxil olan məlumatda deyilir: "Kapital Bank ASC-nin müvafiq struktur bölmələri tərəfindən bankın filiallarında aparılan müntəzəm monitorinq və araşdırmalar nəticəsində İmişli filialının əməkdaşları Zaur Əzizov, Maqsud Yaqubov və Seymur Qasımovun, Şabran rayon filialının əməkdaşı Ceyran Orucovanın, Biləsuvar rayon filialının əməkdaşları Nəriman Cəfərov və Pərviz Əzizovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni şəkildə qazanc əldə etmələri şübhəsi əsasında hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda adıçəkilən şəxslərin törətdikləri əməllər prokurorluq orqanları tərəfindən araşdırılır və istintaqın nəticələri tezliklə ictimaiyyətə təqdim olunacaq".

Qeyd olunur ki, bank strategiyasına uyğun olaraq müştərilərin maraqlarının qorunmasını və şəffaflığın təmin edilməsini özünün prioritet vəzifəsi hesab edir: "Bu strategiyaya əsasən bankın müvafiq struktur bölmələri son 2 il ərzində bankın bütün xidmət məntəqələrində (filial, şöbə və kassalarında) müntəzəm araşdırmalar aparılır, ortaya çıxan neqativ hallarla qəti şəkildə mübarizə aparır. Bununla yanaşı, bankda müştərilərin şikayət və narazılıqlarını qəbul etmək üçün müxtəlif kommunikasiya kanallarından, o cümlədən "qaynar xətt", korporativ sayt, sosial şəbəkələrdə banka məxsus səhifələrdən aktiv istifadə olunur, müştərilərin hər bir sorğusu ciddi şəkildə araşdırılır. Müştərilərimiz bu mövzuda həssaslıq, eyni zamanda, fəallıq nümayiş etdirirlər, bu da öz növbəsində, Kapital Bankın onlara təqdim etdiyi məhsul və xidmətlərin keyfiyyətini artırmağa xidmət edir. Biz hesab edirik ki, bu qarşılıqlı faydalı əməkdaşlıq bizim hər birimizin maraqlarına cavab verir və uzunmüddətli iş birliyinin bünövrəsini təşkil edir”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR