Bakıda 3 şəxs evə basqın edib

Bakıda 3 şəxs evə basqın edib
19:29 24 Aprel 2015
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir quldurluq hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 24-ü saat 03 radələrində 3 nəfər maskalı şəxs Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 63/1 ünvanına soxulub. Onlar mənzildə heç kimin olmadığını düşünsə də, ev sahibi, 1966-cı il təvəllüdlü Əkbərov Mikayıl İsrayıl oğlu və onun oğlu 22 yaşlı İsrayıl səsə oyanıb.

 

M.Əkbərovun sözlərinə görə, maskalı şəxslər əvvəlcə onun oğlunu tutublar və ağzını bağlamağa çalışıblar. Bu zaman ev sahibi müqavimət göstərib. Vəziyyətdən çıxmaq istəyən naməlum şəxslər 22 yaşlı oğlana küt alətlə zərbə endirərək qaçıblar.

 

Hazırda müraciət əsasında araşdırmalar aparılır.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR