Avstraliyada "Erməni yalanlarına dur de!" yürüş-mitinqi keçirilib

Avstraliyada "Erməni yalanlarına dur de!" yürüş-mitinqi keçirilib
19:32 24 Aprel 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliyadakı Azərbaycan və Türkiyə diasporlarının iştirakı ilə qondarma “erməni soyqırımı”nın 100 "illiyi" ilə əlaqədar etiraz yürüş-mitinqi təşkil olunub.

Trend-in məlumatına görə, Azərbaycan və Türkiyə bayraqlarının qaldırıldığı tədbir yerli erməni icmasının Sidney şəhərindəki Türkiyə Baş konsuluğu önündə keçirdiyi “Türkiyənin erməni soyqırımını danmasının 100 illiyi” adlı aksiya ilə paralel olaraq “Erməni yalanlarına dur de!” şüarı ilə keçirilib.

Yürüşdə “Genosid yalanları”, “Onlar özləri ilə nifrət gətirdilər: Avstraliyada ilk siyasi terror 1980-ci ildə türk diplomatın öldürülməsi oldu”, “1970-1980-ci illərdə 40 türk diplomatını qətlə yetirdilər” kimi şüarlar səsləndirilib. Avstraliya Türkiyə Alyansının təşkil etdiyi tədbirdə türklərlə bir sırada Azərbaycan-Avstraliya-Türkiyə Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov, cəmiyyətin üzvləri və bu ölkədə təhsil alan tələblərimiz də işitrak edib.

Qeyd edək ki, Ermənistan prezidentinin dəvətinə baxmayaraq, Avstraliya hökuməti Yeravanda qondarma “erməni soyqırımı”nın 100 illiyi keçirilən tədbirlərə nümayəndə göndərməyib. Avstraliyanın Baş naziri Toni Abbott isə Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə keçirilən mərasimlərə qatılmaq üçün Türkiyəyə səfərə gedib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR