Astarada 69 min nəfərə yaxın rayon sakini tibbi müayinədən keçib

Astarada 69 min nəfərə yaxın rayon sakini tibbi müayinədən keçib
19:33 24 Aprel 2015
117 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 24 aprel, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi Astara rayonunda da mütəşəkkil qaydada davam edir.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Əlövsət Əliyev AZƏRTAC-a bildirib ki, aksiyaya start verildiyi gündən səhiyyə müəssisələrinin terapevt, pediatr, stomatoloq, kardioloq, oftalmoloq, otolorinqoloq, ginekoloq, cərrah, nervpotoloq, endokrinoloq və dermotoloqlardan ibarət 16 nəfərlik 4 həkim briqadası qrafikə uyğun olaraq hər gün 13 kənd həkim məntəqəsində sakinlərin tibbi müayinələrini həyata keçirir. Aprelin 20-nə olan məlumata əsasən, Astara rayonunda 69 min nəfərə yaxın sakin tibbi müayinədən keçib. Nəticədə 8 min 113 nəfər ambulator, 169 nəfər stasionar müalicəyə cəlb olunub, 168 nəfər isə Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə göndərilib.
Qeyd edək ki, ötən il aksiya çərçivəsində 57 min nəfərə yaxın rayon sakini tibbi müayinəyə cəlb olunub. Bu il bu rəqəmin 75 minə çatdırılması nəzərdə tutulur.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astarada_69_min_nefere_yaxin_rayon_sakini_tibbi_muayineden_kechib-849568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR