Makedoniyada 14 mühacir qatarın altında qalıb

Makedoniyada 14 mühacir qatarın altında qalıb
19:38 24 Aprel 2015
77 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Makedoniyanın mərkəzi hissəsində Əfqanıstan və Somalidən olan 14 qeyri-leqal mühacir sərnişin qatarının altında qalıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, 50 nəfərdən ibarət qaçqın qrupu Veles şəhəri yaxınlığında dar dərədə dəmir yol xəttinin üstü ilə hərəkət edirmiş. Müstəntiqin sözlərinə görə, maşinist dəmir yolunun üzərindəki insanları görərək siqnal verib və qatarı dayandırmaq üçün lazımi tədbirləri görüb. Mühacirlərin əksəriyyəti dəmir yolundan aralanmağa macal tapsa da, faciədən qaçmaq mümkün olmayıb.
Həmin yerdə buna bənzər faciəvi insidentlər əvvəllər də baş verib. Bu yol Qərbi Avropaya keçməyə cəhd edən qeyri-leqal mühacirlərə yaxşı tanışdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Makedoniyada_14_muhacir_qatarin_altinda_qalib-849570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR