® Bakıda “Domino’s Pizza” restoranı açılıb - FOTOSESSİYA

®  Bakıda “Domino’s Pizza” restoranı açılıb - FOTOSESSİYA
11:52 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 11:46 ]


Bakı - APA-Economics. Azərbaycanda ilk dəfə olaraq Bakıda dünya şöhrətli “Domino’s Pizza” restoran şəbəkəsi açılıb.

 

Restoranın özünəməxsus dizaynı sayəsində müştərilər pizzanın peşəkar ustalar tərəfindən hazırlanması prosesini izləyə biləcəklər.

 

“Biz Azərbaycanda eksklüziv françayzinq “Domino’s Pizza”nı təmsil etməyimizlə fəxr edirik. İlk restoranımız Nəriman Nərimanov heykəlinin yaxınlığında yerləşir və burada qonaqlarımızı qəbul etməkdən sevinc duyuruq”, - deyə “Domino’s Pizza”nın Azərbaycandakı təmsilçisi cənab Ahadpur bildirib.

 

O qeyd edib ki, şirkətin məqsədi müştərilərə münasib qiymətə isti və dadlı pizza təklif etməkdir.

 

Cənab Ahadpur bir çox dünya şöhrətli şirkətlərin Azərbaycanda təmsilçiliklərinin inkişafını və populyarlığını dəstəkləyən iş adamlarındandır.

 

İlk dəfə 1960-cı ildə Miçiqanda (ABŞ) əsası qoyulan “Domino’s Pizza” şəbəkəsinin dünyanın 75 ölkəsində 10 mindən çox restoranı fəaliyyət göstərir.

 

Domino’s öz müştərilərinə “Klassik”, “Sevimli” və “Xüsusi pizza”  kateqoriyalarına aid müxtəlif növ pizzalardan ibarət  tam menyu təqdim edir.

 

Restoranda qonaqlar həm də un məmulatlarının (parmesan  çörəyi , sosiska ilə çörək, sarımsaq souslu ilə  pendirli  çörək növləri), toyuq qanadlarının, toyuq tikələrinin, qizardilmish kartof dilimlərinin, salatların, şokoladlı desertlərin, darçınlı çubuqların və şokoladlı peçenyelərin, həmçinin “Milla” dondurmalarının və “Coca-Cola” məhsullarının dadına baxa bilərlər.

 

Burada həm də hazırlanan pizzanın xəmirini də seçmək mümkündür. Restoran öz müştərilərinə beş növ pizza xəmirini - klassik, incə, incəcik, dupleks (çedder və motsarella pendirli), həmçinin  bol pendirli kənar içlikli  xəmir növlərini təqdim edir.

 

Domino’sun Türkiyədəki təmsilçisi Aslan Saranqinin sözlərinə görə, şirkət Azərbaycanda şəbəkənin ilk restoranının açılmasından məmnundur və Türkiyədə olduğu kimi, burada da Domino’sun məhsullarının müştərilər tərəfindən tələbatla qarşılanacağına əmindir. Artıq uzun müddətdir ki, Türkiyədə şirkət ölkənin hər yerində fəaliyyət göstərən 435 restorandan öz məhsullarını sifarişlə pulsuz çatdırır.

 

Bakıda ilk Domino’s Pizza restoranı M.Müşfiq küçəsi, 9A, N.Nərimanov heykəlinin yanında  yerləşir.  Müştərilər www.dominospizza.az saytına daxil olmaqla və ya telefonla *6600 nömrəsini yığmaqla pulsuz sifariş edə bilərlər.

 

Domino’s Pizza pizzanın hazırlanması və çatdırılması sahəsində dünya liderlərindəndir. Təkcə 2014-cü ilin ilk rübündə Domino’s Pizzanın pərakəndə satışı 2 mlrd. dollar (ABŞ üzrə 900 mln., ümumdünya bazarında 1,1 mln. dollar) təşkil edib. 2013-cü ildə şirkətin pərakəndə satışı 8 mlrd. dollar (təxminən 3,8 mlrd. ABŞ-da və 4,2 mlrd.dan çox ümumdünya bazarında) təşkil edib.

 

“Domino’s Pizza” operator şirkətlərə franşiza təqdim etməklə fəaliyyət göstərir. Yeni texnologiyaların tətbiqi sayəsində Domino’s 2013-cü ildə ABŞ-da satışın 40 faizini onlayn-xidmət hesabına tuta bilib, həmçinin illik 3 mlrd. satışla qlobal miqyaslı onlayn-satış səviyyəsinə çatıb.

 

Bu yaxınlarda Domino’s onlayn-sifarişlərin iPad üçün xüsusi mobil proqramını da istifadəyə verib. Bu proqram ABŞ-da smartfon bazarının 95 faizini əhatə edən mövcud mobil yükləmələrə əlavə edilib. Hazırda şirkət mobil proqramlara menyunun da əlavə olunması üzərində işləyir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR