Özbəkistanın podrobno.uz portalı Azərbaycanın işğal olunmuş Ağdam rayonu haqqında yazır

19:48 24 Aprel 2015
82 Ölkə
Ölkə mətbuatı
A- A+


Daşkənd, 24 aprel, AZƏRTAC
Özbəkistanın podrobno.uz portalı Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdam rayonu haqqında məqalə yayıb.
Məqalənin müəllifi jurnalist Robert Parsons Ağdam rayonu haqqında ətraflı məlumat verir. Bildirilir ki, vaxtilə Ağdam böyük sənaye şəhəri olub, burada sənaye müəssisələri və dəmir yolu stansiyası fəaliyyət göstərib. Bir vaxtlar 50 minə yaxın əhalisi olan bu şəhər indi tamamilə boş qalıb, dağıdılıb, talan edilib. Xarabalığı xatırladan şəhər müharibənin bütün dəhşətlərini özündə əks etdirir. Təsadüfi deyil ki, onu “ruhlar şəhəri” və ya “Qafqazın Xirosiması” adlandırırlar. 1993-ci ilədək Azərbaycanın çiçəklənən şəhəri olan Ağdamda indi insan həyatının əlamətləri belə hiss olunmur və şəhər qorxulu bir kabusa bənzəyir.
Müəllif Şotlandiyanın “The Press and Journal” nəşrində Ağdam haqqında dərc edilən məqaləyə də istinad edir.
Yazının tam mətnini bu linkdən oxumaq olar:
http://podrobno.uz/cat/world/gorod-prizrak-kavkaza/

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ozbekistanin_podrobnouz_portali_Azerbaycanin_isgal_olunmus_Agdam_rayonu_haqqinda_yazir-849575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR