Vışeqrad dördlüyü “Ümumi səma” sistemi yaratmağı planlaşdırır

Vışeqrad dördlüyü “Ümumi səma” sistemi yaratmağı planlaşdırır
18:53 24 Aprel 2015
54 Dünya
Ölkə mətbuatı
A- A+


Praqa, 24 aprel, AZƏRTAC
Vışeqrad dördlüyü (V4) ölkələrinin müdafiə nazirləri hava məkanının vahid mühafizə sistemini yaratmaq haqqında qərar qəbul ediblər. Söhbət Çexiya, Slovakiya, Macarıstan və Polşadan gedir. Nazirlər bu barədə Slovakiyada görüşdə razılıq əldə ediblər. Çexiyanın müdafiə naziri Martin Stropnitski bildirib ki, “Ümumi səma” layihəsi “mühüm” və strateji baxımdan əhəmiyyətlidir. Bu layihə dörd dövlətin hökumətlərinin iclasında nəzərdən keçiriləcək. Bu ölkələrin müdafiə nazirləri, həmçinin rəsmən elan ediblər ki, onların ölkələri təhlükəsizlik məsələlərində Ukraynaya bundan sonra da kömək etməyə hazırdırlar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Viseqrad_dordluyu_Umumi_sema_sistemi_yaratmagi_planlasdirir-849580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR