Zabit Səmədov: "Özümü Azərbaycan əsgəri kimi hiss edirəm"

Zabit Səmədov: "Özümü Azərbaycan əsgəri kimi hiss edirəm"
19:57 24 Aprel 2015
233 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın məşhur K-1 döyüşçüsü, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilmiş "Global Fighting Championship 3" (GFC) turnirində qalib gələn Zabit Səmədov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir.
- İlk olaraq iki döyüş barədə təəsuratlarınızı bilmək istərdik...
- Mənim qələbəm bütün Azərbaycan xalqının qələbəsidir. Döyüşlər çətin keçdi. Çünki rəqiblərim mənə qarşı çox ciddi hazırlaşmışdılar. Təbii ki, onlar da tanınmış idmançılardır. İlk döyüşçü Stiv Makkinnon. O peşəkar döyüşlərdə çox tanınmış bir idmançıdır. Finaldakı rəqibim isə Konqo-Almaniya əsilli Danyo İlunqa da güclü rəqibdir. O, "Glori" versiyasında da reytində ikinci yerdədir.
- İlk görüş elə bir daha çətin idi. Finalda isə çətinlik çəkmədiniz...
- Demək olar ki, ilk döyüşdə özümü ikinci döyüşə saxlayırdım. Çox zədələnmək, bütün gücümü vermək istəmirdim. Ona görə rahat döyüşdüm. Amma, tam tərsinə, çətin alındı.
- Qarşıda sizi daha çətin sınaqlar gözləyir...
- Bəli, bəli. Bildiyiniz kimi finala çıxdıq. Dünyanın ilk 8-liyi arasında yarış dekabr ayında Dubayda keçiriləcək. Əlbəttəki orada daha güclülər olacaq.
-Orada neçə döyüş keçirəcəksiniz?
- Turnir 8 nəfərlikdir. 1/4 finalda qalib gələn davam edir.
-Rəqiblər bəllidir?
- Hələlik mənəm, Badr Xari, İsmail Lazerdir. Mərakeşli 3 nəfərdir və 5 nəfər yenə olacaq. Onlar mənim kimi belə döyüş keçdikdən sonra final olacaq.
- Finaldan sonra konqolu rəqibinizə atmacanız nə oldu? O deyirdi daha çox zərbə endirmişəm...
- Onun zərbələri təsirli deyildi. Necə deyərlər, həvəskar kimi vuruşurdu. Peşəkar döyüşdə isə dəqiq zərbələrə baxırlar.
- İlk döyüşdə kiminlə döyüşəcəyiniz məlum olub?
- Hələ yox..
- Badr Xari ilə düşmək ehtimalınız var?
- Yəqin ki, olacaq. Çünki gec-tez bu olmalıdır.
- Ona qədər hansısa döyüşlər gözlənilir?
- Hələki zədələrim var. Onları sağaldacam və 1 ay sonra məşqlərə başlayacam. Ola bilsin ki, avqust ayında bir döyüşüm oldu.
- Harada keçiriləcək?
- Hələ bilinmir.
- Toplanış harada olacaq, Bakıda, yoxsa ölkə xaricində?
- Yəqin ki, xaricdə olacaq.
- Bakıda döyüş keçirilməsini istərdiniz?
- Əlbəttə. Çox istəyərdim. Bildiyimiz bu GFC Bakıya da gəlmək istəyir. İnşallah, bəlkə qismət olsa, bir turnir də Bakıya saldıq.
- Silahlı Qüvvələrə yardım Fonduna ayırmısınız. Bu barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi mən idmanın döyüş növü ilə məşğulam. Özümü Azərbaycan əsgəri kimi hiss edirəm. Ordumuza da mənəvi dəstək verməyə özümü borclu hiss edirəm. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/zabit-semedov-ozumu-azerbaycan-esgeri-kimi-hiss-edirem-musahi-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR