Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Yardımlıda qastrol səfərində olub

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Yardımlıda qastrol səfərində olub
19:58 24 Aprel 2015
231 Ölkə
Ölkə mətbuatı
A- A+


Yardımlı, 24 aprel, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Yardımlı şəhərində qastrol səfərində olub.
AZƏRTAC xəbər verir ki, teatrın kollektivi yardımlılılar qarşısında yazıçı-jurnalist Ağaddin Babayevin “Üç qardaş” nağıl-tamaşası ilə çıxış edib.
Tamaşa “Məlikməmməd” Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanıb. Müəllif nağılda cərəyan edən hadisələrə yeni don geyindirərək Padşahın oğlanlarının üçünü də müsbət obraz kimi qələmə verib.
Tamaşanın quruluşçu-rejissoru əməkdar artist Təvəkkül Əliyev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları aktyorlardan Miraslan Ağayev, Zemfira Nəcəfova, Hikmət Cəfərov, Emin Fərzullayev, Sayad Əliyev, Tərlan Abdullayev, Əli Nurullazadə, Gülər Kərimova və başqaları ifa ediblər.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Necef_bey_Vezirov_adina_Lenkeran_Dovlet_Dram_Teatrinin_truppasi_Yardimlida_qastrol_seferinde_olub-849582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR