KİV: BMT Cenevrədə Suriya məsələsinə dair məsləhətləşmələr aparacaq

KİV: BMT Cenevrədə Suriya məsələsinə dair məsləhətləşmələr aparacaq
20:03 24 Aprel 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
İŞİD və “Cəbhat ən-Nusra” Suriyaya dair Cenevrədə keçirilən məsləhətləşmələrdə iştirak etməyəcək. Onlarla vasitəçilər sayəsində əlaqə yaradılacaq. İŞİD və “Cəbhat ən-Nusra” qruplaşmaları terror təşkilatları siyahısında yer aldığından onlara məsləhətləşmələrdə iştirak üçün dəvətnamə göndərilməyib
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Livanın “Cunhuriyyə” qəzeti BMT-nin nümayəndəsinə istinadən dərc edib.
BMT-nin və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi elçisi Stefan de Misturanın 2012-ci il Cenevrə kommünikesinin yerinə yetirilməsinə dair məsləhətləşmələri mayın 4-də Cenevrədə başlayacaq və bir ay davam edəcək.
BMT-nin məlumatına görə, Suriyada 2011-ci ildən başlayan silahlı münaqişə nəticəsində 220 mindən çox insan həlak olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/KIV_BMT_Cenevrede_Suriya_meselesine_dair_meslehetlesmeler_aparacaq-849584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR