100 savaş pilotuna Bentley veriləcək

100 savaş pilotuna Bentley veriləcək
20:05 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Vəlid Bin Talal Yəməndə aparılan əməliyyatlara qatılan və son bir ayda Husi mövqelərini bombalayan 100 Səudiyyə Ərəbistanı pilotuna hər birinin dəyəri bir milyon dollardan artıq olan Bentley markalı super lüks avtomobil hədiyyə edəcəyini açıqlayıb.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, dünyanın 16-cı ən varlı adamı hesab edilən şahzadə Talal bu xəbəri özünün də 300 milyon dollarlıq paya sahib olduğu Twitter üzərindən yayıb. Toplam 23 milyard dollar sərvətə sahib olan Talal daha öncə Səudiyyə Ərəbistanı milli futbol komandası oyunçularına da 25 ədəd Bentley hədiyyə etmişdi.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/336361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR