Jurnalın üz qabığı skandala səbəb oldu - fotolar

Jurnalın üz qabığı skandala səbəb oldu - fotolar
20:11 24 Aprel 2015
76 Şou
Ölkə mətbuatı
A- A+

"Elle" jurnalının Ukraynadakı buraxılışının son sayı qalmaqala səbəb olub.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, jurnalın may nömrəsində aktrisa Mişel Uilyamsın qara-narıncı rəngli geyimdə çəkdirdiyi foto əhali tərəfindən birmənalı qarşılanmayıb.

Çoxları afişası yayımlanan jurnalda aktrisanın geyimini SSRİ-nin "Böyük Vətən Müharibəsi"ndəki qələbə simvolu olan "Georgi lenti" ilə əlaqələndirib. Jurnalın həmin buraxılışında siyasi təbliğatın olduğunu iddia edən oxucular redaksiyanı tənqid atəşinə tutublar. Rusiya və Ukrayna arasında olan siyasi münaqişə zamanı jurnalın belə bir "diqqətsizliy"ə yol verməsini düzgün hesab etməyən insanlar istəklərinə nail olublar.

Bir neçə gün sonra jurnalın Ukraynadakı redaksiyası üz qabığı ilə bağlı açıqlama verib:

"Bu versiya jurnalın Böyük Britaniyadakı variantından götürülüb. "Elle Ukrain"da həmin üz qabığı olmayacaq. Bizim vətəndaş mövqeyimizi oxucularımız yaxşı anlamalıdırlar".





Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR