Gəncədə azarkeşlər meydana axışdı, hakimə əl qaldırdılar

Gəncədə azarkeşlər meydana axışdı, hakimə əl qaldırdılar
19:16 24 Aprel 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

I Divizionun 25-ci turunda az öncə başa çatan "Kəpəz" - "Ağsu" (2:3) matçında qalmaqal yaşanıb.

ANS PRESS-in məlumatına görə, oyunun son dəqiqəsində, hesab 2:2 olarkən "Kəpəz"in qapısına penalti təyin olunub. "Ağsu"nun heyətində Fərrux Rəhimov hesabı dəyişərək komandasına 3:2 hesabı ilə qələbə qazandırıb.

Hakimin bu qərarı nəticəsində gəncəli azarkeş və ehtiyyat skamyasında əyləşən futbolçular meydana axışıb və hakimə fiziki təzyiq göstərib. Stadionda isə cəmi 4 nəfər polis əməkdaşı olub. Vəziyyətin çətinləşdiyini görən baş hakim Etibar Həsənov final fitini çalaraq paltardəyişmə otağına "qaça bilib".
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=340274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR