Avropa məktəblərində və uşaq bağçalarında havanın keyfiyyəti ilə bağlı problemlər var

Avropa məktəblərində və uşaq bağçalarında havanın keyfiyyəti ilə bağlı problemlər var
20:28 24 Aprel 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Bürosunun ekspertləri regionda məktəb və uşaq bağçaları binalarının bir çox otaqlarında havanın keyfiyyətsız olmasına görə narahatdırlar. Onlar bildirirlər ki, bürkü, xoşagəlməz qoxu, nəmişlik, kif, tualetlərin pis işləməsi bir çox məktəblilərin üzləşdiyi reallıqdır.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadən xəbər verir ki, məktəb otaqlarında havanın keyfiyyətinin pis olması uşaqların sağlamlığının pisləşməsinə, habelə onlarda müvəffəqiyyət dərəcəsinin azalmasına səbəb olur.
DST-nin yeni məruzəsində bu yaxınlarda Avropa məktəbləri və uşaq bağçalarının otaqlarında hava ilə bağlı vəziyyətin araşdırılmasının nəticələri təqdim olunub. DST-nin Avropa Bürosunun eksperti Marko Martizzi deyib: “Uşaqlarımız günün böyük bir hissəsini məktəblərdə və uşaq bağçalarında keçirirlər. Biz istəyirik ki, onlar təhsilə və sağlamlığın mühafizəsinə kömək edən gözəl şəraitlə təmin olunsunlar. Tədqiqatımız göstərir ki, məktəblərdə ciddi ekolojı problemlər var və çox vaxt buna göz yumulur”.
DST-dən bildiriblər ki, məktəblər təmiz, təhlükəsiz və rahat olmalıdır. Otaqlarda adekvat işiqlandırma, normal temperatur və məqbul rütubət olmalıdır. Siniflər yaxşı havalandırılmalıdır. Uşaqlara təmiz tualetlər lazımdır. Bütün bunlar təkcə xəstəliklərin qabağını almaq üçün deyil, həm də məktəblilərin zəruri koqnitiv inkişafına lazımdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_mekteblerinde_ve_usaq_bagchalarinda_havanin_keyfiyyeti_ile_bagli_problemler_var-849592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR