Vladimir Jirinovski ermənilərə qarşı sərt bəyanatla çıxış edib

Vladimir Jirinovski ermənilərə qarşı sərt bəyanatla çıxış edib
20:32 24 Aprel 2015
265 Dünya
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 20:23 ]

"Qonşuları tərəfindən Ermənistana qarşı təhlükə olmasaydı, inanmıram ki, bizim onlarla yaxşı münasibətlərimiz olardı"

Moskva. Fərid Əkbərov - APA. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski gözlənilmədən ermənilərə qarşı sərt bəyanatla çıxış edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasının bu gün keçirilən iclasında çıxış edən rusiyalı siyasətçi bildirib ki, parlamentin uydurma "erməni soyqırımı"nın 100-cü ildönümü ilə bağlı qəbul etdiyi bəyanatda ermənilərin "qardaş xalq" kimi  ifadə edilməsi düzgün deyil: "Nəyə həsr olunub bu bəyanat? Kimsə baş sağlığı haqqında deyir. Lakin baş sağlığını yalnız fiziki şəxs öləndə vermək olar. Burda söhbət 100 il bundan əvvəl baş verən hadisələrdən gedir. Qardaş Ermənistan haqqında yazmağa da heç bir əsas görmürəm. Ona görə ki, qardaş ölkə və qardaş xalq olmur. Ukrayna xalqının simasında biz bunu gördük. Ukraynadakı və Rusiyadakı ruslar nəyinki qardaş olmadılar, əksinə, onlar hətta düşmənə çevrildilər”.

 

Vladimir Jirinovski 1991-ci ildə ən çox rusun məhz Ermənistandan qovulduğunu xatırladıb: “Bu gün Ermənistan ən monoetnik (təkmillətli) respublikadır. Hər yerdə rus və digər xalqların nümayəndələri var, bircə Ermənistandan başqa. Mən inanmıram ki, bizim Ermənistanla yaxşı münasibətlərimiz olardı, əgər qonşuları tərəfindən ona qarşı təhlükə olmasaydı. Ermənistanı Finlandiya tərəfdə yerləşdirin, görün orada necə anti-Rusiya əhval-ruhiyyəsi olur. Ona görə də, əsas məsələ coğrafiyadadır, kimin kiməsə qardaş olmasında deyil".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR