Sağalmaq üçün içdiymiz bəzən əcəlimiz olur

Sağalmaq üçün içdiymiz bəzən əcəlimiz olur
19:32 24 Aprel 2015
105 Sosial
Ölkə mətbuatı
A- A+

Son dövrlər tez-tez dərmandan zəhərlənmə faktlarına rast gəlinir. RTV (REGİON TV) xəbər verir ki, bu il ərzində Siyəzəndə 2, Şabranda isə 1 belə fakt qeydə alınıb.

Səbəblər isə müxtəlifdir. Bəzi vətəndaşlar dərmanların keyfiyyətsizliyini iddia etsələr də, mütəxəssislər bu sahəyə ciddi nəzarət olunduğunu qeyd edirlər. Şabran rayonunda baş verən zəhərlənmə faktına səbəb kimi müxtəlif dərmanların birlikdə qəbul edilməsi göstərilir. Digər faktlarda da səbəb dərmanın düzgün qəbul edilməməsidir. Həkim Əlniyaz Ramazanov deyir ki, bəzi vətəndaşlar həkim resepti olmadan dərman qəbul etdikdə belə hadisələr baş verir.

Dərmanlar müxtəlif olduğu kimi onların yaratdığı zəhərlənmələrin əlamətləri də fərqlidir. Məsələn, yuxu dərmanının miqdarından artıq qəbul edilməsindən 30-60 dəqiqə keçdikdən sonra zəiflik, nitqin pozulması baş verir, bəbəklər daralır. Sonra dərin yuxu və koma halı başlanır. Digər zəhərlənmələrin ortaq əlamətləri zəiflik, başgicəllənməsi və dolaşıq nitqdir. Belə hallar yaşanarsa, mütləq tibbi yardım göstərilməlidir. Əgər canınızın sağlam olmasını istəyirsinizsə, dərman alarkən mütləq həkimlə məsləhətləşməyi unutmayın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/336471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR