​Bakıda sanatoriyanın ərazisində yanğın baş verib

​Bakıda sanatoriyanın ərazisində yanğın baş verib
20:32 24 Aprel 2015
64 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Bakı şəhərinin Xəzər rayonunda hazırda fəaliyyət göstərməyən sanatoriyanın ərazisində yanğın baş verib.
"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, Ağdam rayonundan olan məcburi köçkününün məskunlaşdığı ümumi sahəsi 80 kv.m olan birmərtəbəli ikiotaqlı tikilinin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-sanatoriyanin-erazisinde-yangin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR