Azərbaycanlıların dueli "sülh"lə bitdi

Azərbaycanlıların dueli "sülh"lə bitdi
20:42 24 Aprel 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turniri davam edir. Fanat.az xəbər verir ki, bu gün VII turun oyunları keçirilib. 

Tur Azərbaycan qrossmeysterlərinin dueli ilə əlamətdar olub. Belə ki, bu dəfə yığmamızın liderləri Şəhriyar Məmmədyarovla Rauf Məmmədov üz-üzə gəlib. Şahmatçılarımız xalları yarı bölüb.

Digər görüşlərə gəlincə, Vişvanatan Anand Maykl Adamsı, Maqnus Karlsen Vladimir Kramniki, Fabiano Karuana Uesli Sonu məğlub edib, Maksim Vaşye-Laqravla Aniş Giri "sülh" bağlayıb.

Shamkir Chess 2015
VII tur
24 aprel

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - Rauf Məmmədov (Azərbaycan, 2658) 0,5:0,5
Vişvanatan Anand (Hindistan,2791) - Maykl Adams (İngiltərə, 2746) 1:0
Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Aniş Giri (Hollandiya, 2790) 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2863) - Vladimir Kramnik (Rusiya, 2783) 1:0
Fabiano Karuana (İtaliya, 2802) - Uesli So (ABŞ, 2788) 1:0

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanllarn-dueli-quotsulhquotl-bitdi-t40241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR