Azərbaycan ilə Çin arasında əlaqələr getdikcə möhkəmlənir

Azərbaycan ilə Çin arasında əlaqələr getdikcə möhkəmlənir
20:53 24 Aprel 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC 
Aprelin 24-də Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Qadınlar Federasiyasının katibi xanım Çjao Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Bahar Muradova ölkələrimizin dostluq əsasında qurulan əlaqələrindən danışıb. Bildirib ki, indiyədək Azərbaycan ilə Çin arasında 40-dək ikitərəfli sənəd imzalanıb. Bu sənədlər əməkdaşlıq üçün yaxşı hüquqi baza yaradır. Ölkələrimizin iqtisadi əlaqələri də getdikcə genişlənir. Son illərdə iki ölkənin rəsmilərinin qarşılıqlı səfərləri intensiv xarakter alıb. Parlamentlərarası əlaqələri yüksək qiymətləndirən Milli Məclis sədrinin müavini Bahar Muradova qanunverici orqanlardakı dostluq qruplarının səmərəli əməkdaşlığını qeyd edib.
Bahar Muradova Azərbaycanda həyata keçirilən qadın siyasətindən danışarkən deyib ki, bütün strukturlarda, o cümlədən qanunverici orqanda təmsil olunan qadınlarımız ölkə həyatında fəal iştirak edirlər. O, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verib.
Federasiya katibliyinin rəhbəri xanım Çjao Yan Azərbaycanın sahib olduğu maddi və mənəvi dəyərlərdən, burada gördüyü inkişafdan heyranlıqla söz açıb. Bildirib ki, iki ölkə arasında əlaqələr getdikcə möhkəmlənir. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin qəbul edilmiş beynəlxalq sənədlər çərçivəsində həllinə tərəfdar olduğunu qeyd edib. O, təmsil etdiyi qurumun fəaliyyəti barədə də məlumat verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_CHin_arasinda_elaqeler_getdikce_mohkemlenir-849601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR