Rauf Məmmədov: "Şəhriyar Məmmədyarovla oyunda sadəcə bəxtim gətirdi"

Rauf Məmmədov: "Şəhriyar Məmmədyarovla oyunda sadəcə bəxtim gətirdi"
20:53 24 Aprel 2015
36 İdman
Ölkə mətbuatı
A- A+


Şəmkir, 24 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində VII turun bir görüşü başa çatıb.
AZƏRTAC xəbər verir ki, Synergy Group-un təşkil etdiyi yarışın hesabat turunda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun duelində heç-heçə qeydə alınıb.
Partiyadan sonra Məmmədov bəxtinin gətirdiyini deyib: "Şəhriyar güclü rəqibdir. Turnirin digər şahmatçıları kimi, ona qarşı da oynamaq çətindir. Klassik şahmatda sonuncu dəfə 10 il əvvəl rəqib olmuşuq. O zaman Dubay turnirində qara fiqurlarla onunla heç-heçə oynamışdım. Şəhriyarı çox yaxşı tanıyıram. O, iki dəfə iddiaçılar turnirində iştirak edib. Hər iki turnirdə onun komandasında yer almışam. Etiraf edim ki, bu dəfə bəxtim gətirdi. Şəhriyar çox yaxşı başladı. Debütdən sonra vəziyyətim pisləşdi. Bununla belə, böyük çətinliklə olsa da, vəziyyətdən çıxdım. Heç-heçə yaxşı nəticədir. Çünki qaralarla oynayırdım”.
Rauf Məmmədov qeyd edib ki, turnirin son günü dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rauf_Memmedov__quotSehriyar_Memmedyarovla_oyunda_sadece_bextim_getirdi_quot-849602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR