Vulkan şəhəri "külə boğdu"

Vulkan şəhəri "külə boğdu"
19:56 24 Aprel 2015
68 Dünya
Ölkə mətbuatı
A- A+

Çilidə püskürən Kalbuko vulkanı genişmiqyaslı fəsadlara səbəb olub.

ANS PRESS-in məlumatına görə, vulkanın yerləşdiyi şəhər kül yığının altında qalıb.

Bölgədə atmosferin çirklənməsi insanların tənəffüsündə problemlərə səbəb olub, həmçinin içməli suyun çirklənməsi yaşayışı iflic vəziyyətinə salıb.

Ötən gün vulkanda iki partlayış müşahidə olunub. Partlayış nəticəsində yaranmış qalın tüstü qatının hündürlüyü 20 kilometrə çatıb.

Rəsmilər vəziyyətlə əlaqədar qırmızı həyəcan sinqnalı elan ediblər. 4 mindən çox insan bölgədən təxliyyə edilib. Vulkanoloqlar isə, partlayışların davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR